“Qarabağ” Türkiyədəki 2-ci hazırlıq prosesində yoxlama oyunlarında rəqibləri müəyyənləşib
“Qarabağ” Türkiyədəki 2-ci hazırlıq prosesində yoxlama oyunlarında rəqibləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Ağdam klubu qardaş ölkədəki növbəti təlim-məşq toplanışına yerli klublarla oyunlarla başlayacaq. Bunlardan iyulun 19-da I liqa təmsilçisi “Tavşanlı Linyitspor”la, 21-də Superliqa klubu “Gənclərbirliyi” ilə matçın olacağı müəyyənləşib. “Qarabağ” ümumilikdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, ağdamlılar ilk hazırlıq prosesində keçirdiyi 3 sınaq matçında İranın “Zob Ahan” və “Traktorsazi” klublarına 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 954 dəfə oxundu.