“Simurq” Avstriyadakı hazırlıqları davam etdirir
“Simurq” Avstriyadakı hazırlıqları davam etdirir. İdman.com.az saytının məlumatına görə, 2 dəfə olmaqla məşqlərə başlayan komanda səhər çalışmasında yüngül fiziki təlimdən sonra taktiki və texniki tapşırıqlar üzərində işləyib.

Baş məşqçi Georgi Çixradze axşam məşqində də əsasən üstünlüyü taktiki təlimə verib. Yetirmələrinə müxtəlif tapşırıqlar verən gürcü mütəxəssis sonda ikitərəfli oyunla bu günlük məşqləri tamamlayıb.

Bu arada “Simurq”un düşərgəsinə artıq yeni futbolçularda qoşulub. Baxışa dəvət olununanlardan xorvatiyalı yarımmüdafiəçi Stjepan Poljak, bosniyalı müdafiəçi Dilaver Zrnanovic, sloveniyalı mərkəz müdafiəçisi Milan Andelkoviç və slovakiyalı qapıçı Darko Brljak komanda ilə məşqlərə başlayıb. Onlar haqqında son qərarı yoldaşlıq göüşlərindən sonra baş məşqçi Georgi Çixradze verəcək.
Apasport.az

Xəbər 878 dəfə oxundu.