“Turan”ın yeni baş məşqçisi müəyyənləşib
“Turan”ın yeni baş məşqçisi müəyyənləşib.İdman.com.az saytının məlumatına görə, Azərbaycan futbolunda müəyyən rekordları olan Nizami Sadıqov bundan sonra “Turan”ın əvəzedici heyətinə rəhbərlik edəcək.
Azərbaycanda ən uzun müddət qol buraxmayan qapıçı rekordunu əlində saxlayan, eləcə də rəqib qapılarından keçirdiyi 21 qolla tarixə düşən Sadıqov bu postda Elxan Abdıyevi əvəzləyib. Ötən mövsüm əsas heyətdə Əsgər Abdullayevin köməkçisi vəzifəsini tutan Sadıqov artıq yeni işinin icrasına başlayıb. Veteran futbolçunun əvəzedici heyətin baş məşqçisi olmasını Əsgər Abdullayev də təsdiqləyib.
Futbol11.az

Xəbər 835 dəfə oxundu.