Böyükağa Hacıyev oyun öncəsi jurnalistlərlə görüşməyəcək
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Zestafoni” (Gürcüstan) ilə ilk oyunu öncəsi jurnalistlərlə görüşməyəcək. İdman.com.az saytının məlumatına görə, o, bu gün mətbuat konfransı keçirməli idi.

Lakin onun əvəzində jurnalistlərin qarşısına köməkçisi Tərlan Əhmədov çıxacaq. Bunun səbəbi isə Hacıyevin xəstələnməsidi. O, hazırda həkimlərin nəzarəti altında müalicə olunur. Baş məşqçinin komandasının axşam məşqində iştirakı gözlənilir.

Qeyd edək ki, “Neftçi” – “Zestafoni” qarşılaşması sabah “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 869 dəfə oxundu.