“Asteras”ın baş məşqçisi iki legioner futbolçunu baxışdan keçirir
İYunanıstanın “Asteras” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan “İnter”i ilə görüşə hazırlıqlarını davam etdi. İdman.com.az saytının məlumatına görə, Tripolis təmsilçisi təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur.

Belə ki, “Asteras”ın baş məşqçisi Sakis Tsiolis hazırda iki legioner futbolçunu baxışdan keçirir. Bunlar amerikalı hücumçu Danni Leon və rumıniyalı müdafiəçi Klaudiodu. Onların “Asteras”dakı taleyinə yaxın günlərdə aydınlıq gəlməlidi.

Qeyd edək ki, “İnter”lə “Asteras” Avroliqanın ikinci təsnifat mərhələsindəki ilk oyuna iyulun 19-da Bakıda, cavab matçına isə ayın 26-da isə Tripolisdə çıxacaq.

Xəbər 923 dəfə oxundu.