“İdman ili” Qubada futbol yarışı ilə qeyd olunub

“YURD” İntellektual Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi, Quba rayon Gənclər və İdman İdarəsinin yaxından köməkliyi ilə baş tutan yarışın qalibi gənclərdən ibarət “Şahdağ” komandası olub.
Bu barədə məlumat verən layihənin ideya müəllifi və rəhbəri Çingiz Rzayev bildirib ki, yarış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2. “Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi” maddəsinə uyğun olaraq təşkil edilir.
15-29 yaşlı gənclərdən ibarət komandaların qatıldığı yarışda 12 məhəllə komandası 3 yarımqrupda mübarizə aparıb. Əsasnaməyə uyğun olaraq qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı nəticə göstərən 3-cü yerin sahibi olan 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Final oyununda “Şahdağ” və “Skynet” komandaları üz-üzə gəlib.
12-6 hesabı ilə qalib gələn “Şahdağ” futbolçuları təşkilatçılar tərəfindən mükfatlandırılıb.
Turnirin bombardiri rəqib qapılarından 18 top keçirən “Şahdağ” komandasının hücumçusu Səddam Ələkbərov isə xüsusi mükafata- futbol ayaqqabısı-butsıya layiq görülüb.
Qeyd edək ki, yarış 1 ay davam edib.

Xəbər 1369 dəfə oxundu.