Pavel Malura: “Qəbələ” ilə oyundan razı qaldım
“Qəbələ” ilə oyundan razı qaldım. İlk hissədə əsas heyətlə oynadıq. Komanda yaxşı təsir bağışladı və qol da vurdu”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Karvina” klubunun baş məşqçisi Pavel Malura deyib.

O, “Qəbələ” ilə Sloveniyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Səhər də, axşam da yağış yağdığından meydan pis vəziyyətdə idi. Belə meydanda oynamaq çətin idi. Buna baxmayaraq kombinasiyalı oyun göstərə bildik. Fasilədən sonra hər 2 komanda heyəti dəyişdi. Həm bizim, həm də rəqibin qol imkanları olsa da hesab dəyişmədi. İkinci qolu vura bilmədiyimiz üçün çox üzgünəm”.

Qeyd edək ki, “Karvina” 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 816 dəfə oxundu.