“Rəvan” 2-ci yoxlama oyununu keçirib
“Rəvan” Türkiyədəki hazırlıq prosesində 2-ci yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, türkiyəli Cevat Gülərin baş məşqçisi olduğu komanda Superliqa təmsilçisi “Karabükspor”la oynayıb. Gülərin həmyerliləri ilə dueli qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, “Rəvan” ilk matçında Səudiyyə Ərəbistanın “Najran” klubuna 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər 876 dəfə oxundu.