"Simurq"da bolqar futbolçu
Yeni mövsümə iddialı heyət qurmağı planlaşdıran "Simurq" Avstriyadakı təlim-məşq toplanışı zamanı bir neçə legioner futbolçunu baxışa dəvət edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Onlardan artıq 2-si komandanın düşərgəsinə qoşulub.

Yarımmüdafiəçi Daniel Peyev və hücumçu Ludogorec Antonov bugünki məşqdə iştirak edib. Onlar Bolqarıstan çempionatında oynayan yerli futbolçulardır. Sabahda “Simurq”un heyətinə yeni futbolçular təşrif buyuracaq.

Xəbər 1075 dəfə oxundu.