Yeniyetmə boksçularımızdan 2 qızıl və 2 gümüş medal | |
Yeniyetmə boksçularımızdan ikisi Yakutskda keçirilən “Asiyanın uşaqları” V beynəlxalq idman oyunlarında qızıl medala layiq görülüblər. İdman.com.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan İman Əhmədli finalda rusiyalı Arqen Jorobayevi 11:6 hesabı ilə məğlub edib. Orxan Əliyev də (80 kq) həlledici görüşdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalıxıb. Boksçumuz Qazaxıstan nümayəndəsi Madiyar Nurqaliyev üzərində qələbə çalıb – 13:10. Məsud Yusifzadə (52 kq) və Şamil Əliyev (70 kq) finalda uduzaraq, gümüş medala sahib olublar. |
|
Xəbər 1012 dəfə oxundu. |
|
|