PFL “Unibank”la əməkdaşlığı davam etdirəcək
Azərbaycan Premyer Liqasının sponsoru məsələsi həll olunub. İdman.com.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlayıb.

Bu gün keçirilən ölkə çempionatının 2012/13 mövsümünün püşkatması zamanı çıxış edən qurum başçısı “Unibank”la əməkdaşlığın davam etdiriləcəyini bildirib. Onun sözünə görə artıq tərəflər arasında razılıq əldə olunub və yalnız rəsmi müqavilənin imzalanması qalıb. Bu tədbir də mövsümün startına qədər gerçəkləşəcək.

Musayev oyunların yayımı məsələsinə də toxunub. O bildirib ki, teleyayım hüququ “İdman-Azərbaycan” kanalına verilməsi məsələsi 90 faiz həllini tapıb. Lakin oyunların başlama vaxtının müəyyənləşdirmək hüququ PFL-ə məxsus olacaq. Süni işıqlandırma olan stadionlardakı görüşlərin gec keçirilməsinə icazə veriləcək.

Xəbər 1026 dəfə oxundu.