Ölkə çempionatının püşkü atılıb
Bu gün Azərbaycan Premyer Liqasının 2012/13 mövsümünün püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının keçirdiyi tədbirdə qurum rəhbərliyi və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.

Püşkatmada ölkə çempionatının təqvimi müəyyənləşib. Artıq ilk turun cütləri dəqiqləşib.Son ölkə çempionu “Neftçi” ilə kubokun qalibi “Bakı” Superkubokda qarşılaşmasa da püşk ilk turda onları üz-üzə qoyub. Bu görüşlə yanaşı “İnter”lə “Qarabağ”ın dueli də ilk tura təsadüf edəcək.

4-5 avqust

"Neftçi" (Bakı) - "Bakı"
"Rəvan" (Bakı) - "Xəzər Lənkəran"
"İnter" (Bakı) - "Qarabağ" (Ağdam)
"Sumqayıt" – AzAL (Bakı)
"Kəpəz" (Gəncə) - "Turan"
"Simurq" (Zaqatala) - "Qəbələ"

Xəbər 866 dəfə oxundu.