Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
-ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;
-üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

İlham Əliyev
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin Prezidenti
Bakı şəhəri, 3 iyul 2012-ci il.

Xəbər 1521 dəfə oxundu.