Neftçi” – “Zestafoni” matçının biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Zestafoni” matçının biletləri satışa çıxarılıb. İdman.com.az saytının məlumatına görə, azarkeşlər bileti “Park Bulvar Alış Veriş Mərkəzi” və “Metro Park Ticarət Mərkəzi”nın satış nöqtələrindən əldə edə bilərlər.

Bu ünvanlarla yanaşı, “Fəvvarələr meydanı”nda və şəhərin digər nöqtələrində səyyar satış da həyata keçirilir.

Qeyd edək ki, “Neftçi” – “Zestafoni” matçı iyulun 17-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
Apasport.az

Xəbər 825 dəfə oxundu.