Türkiyə Super Liqasında derbilərin vaxtı müəyyənləşib
Türkiyə Super Liqasında derbilərin vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, azarkeşlər mövsümün ilk derbisinə 2-ci turda şahidlik edəcək. Həmin turda “Beşiktaş” – “Qalatasaray” derbisi baş tutacaq.
Təkcə Türkiyədə yox, ölkəmizdə və dünyada maraqla izlənilən “Qalatasaray” – “Fənərbaxça” derbisi üçün azarkeşlər ilk dövrənin sonunu gözləməli olacaq. Belə ki, bu matç dövrənin sonuna bir tur qalmış – 16-cı turda keçiriləcək. Əzəli rəqiblər arasında ilk matç “Türk Telekom Arena”da keçiriləcək.
“Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Şükrkü Saracoğlu” stadionu 5 oyunluq cəzalandığından “Trabzonspor”la 5-ci turdakı derbi qadın və uşaqların iştirakı işə baş tutacaq.
I tur: Beşiktaş – Qalatasaray
V tur: Fənərbaxça – Trabzonspor
VII tur: Fənərbaxça – Beşiktaş
VIII Beşiktaş – Trabzonspor
XVI tur: Qalatasaray – Fənərbaxça
XVII tur: Trabzonspor – Qalatasaray

Xəbər 1159 dəfə oxundu.