Corc Rassell Formula 1 Türkiyə Qran-Prisində start düzülüşündə mövqeyini itirəcək
Formula 1 Türkiyə Qran-Prisi zamanı britaniyalı Corc Rassellin bolidinin mühərrikinə edilən dəyişikliklər səbəbindən pilot start düzülüşündə mövqeyini itirəcək.

“Uilyams” komandası pilotun idarə etdiyi bolidin mühərrikinə yeni komponentlər quraşdırıb. Bu, artıq mövsümdə dördüncü dəyişiklikdir. Qaydalara görə, yalnız 3 dəfə dəyişiklik edilə bilər. Böyük ehtimalla britaniyalı pilot start düzülüşündə sonuncu olacaq.

Qeyd edək ki, “Uilyams” bu mövsüm bir xal da qazana bilməyib.

Xəbər 443 dəfə oxundu.