“Hazırlığımızda müsbət amil heç kimin zədə almamağıdır”
“Hazırlığımızda müsbət amil heç kimin zədə almamağıdır. Çox yaxşı təlim-məşq toplanışı keçdik”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri Yunanıstanın “Asteras” klubunun texniki direktoru Georges Çeridis deyib. Avroliqanın II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə üzləşəcək Tripoli komandasının rəsmisi yaxşı vəziyyətdə olduqlarını düşünür.

Çeridis rəqibi daha yaxşı öyrənmək üçün vaxtlarının olduğunu düşünür: “Futbolçularımız məşqlərdə yaxşı çalışır. Məhdud vaxtda “İnter”lə ilk oyuna qədər planlarımızı həyata keçirməyə çalışdıq. Hələ qarşıda vaxtımız ki, rəqibi yüz faiz öyrənək və bunun üzərində işləyək. “İnter” təcrübəli komandadır və yaxşı futbol oynamağa çalışır. Biz onun ilk mərhələdə oyunundan elə faydalı nəticə çıxarda bilmədik. Çünki rəqibi zəif idi”.

Qeyd edək ki, “İnter” Avroliqanın I təsnifat mərhələsində Estoniyanın “Trans” klubuna səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gəldi.

Xəbər 1058 dəfə oxundu.