Mate Eteroviç: “Bakı” ilə oyunumuz çətin oldu
“Bakı” ilə oyunumuz çətin oldu. Qol vurduğum epizodda Draqan Yeliç çox dəqiq oynadı, mən də lazım olan yerdə idim”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Mura” klubunun futbolçusu Mate Eteroviç deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə cavab oyununda hesabı açan futbolçu matç haqda fikirlərini açıqlayıb: “Bu qol bütün komandanın əməyinin bəhrəsi idi. Biz müdafiədə fantastik oyun göstərdik. “Bakı” top-komanda sayılırdı, lakin biz onları dayandırdıq. Biz “Bakı”dan daha yaxşı oynadıq və mərhələ keçməyi haqq etdik”.

Xəbər 876 dəfə oxundu.