“İnter” klubu Azərbaycan təmsilçilərinin avrokuboklarda çıxışı tarixinə düşüb
Bakının “İnter” klubu Azərbaycan təmsilçilərinin avrokuboklarda çıxışı tarixinə düşüb. İdman.com.az saytının məlumatına görə, Estoniyanın “Trans” klubunu hər 2 qarşılaşmada yenən bakılılar eyni rəqibdən maksimum xal ala bilib. Bu isə Azərbaycan futbolu tarixində texniki nəticə də nəzərə alınmaqla 7-ci belə hadisədir. Yəni komandalarımız qələbə sayında “dubl” edib.


2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2

Xəbər 1006 dəfə oxundu.