Bakının “İnter” klubu avrokuboklarda ardıcıl 3-cü qələbəsini qazanıb
Bakının “İnter” klubu avrokuboklarda ardıcıl 3-cü qələbəsini qazanıb. İdman.com.az saytının məlumatına görə, 2 il əvvəl Çempionlar Liqasının Polşa “Lex”i ilə cavab oyununda 1:0 hesabı qalib gələn paytaxt təmsilçisi uğurlu seriyanı 3-ə çatdırıb. Bakılılar buna Estoniya “Trans”ını səfərdə 5, evdə 2 qolla təmsil etməsi sayəsində mümkün olub.

Azərbaycan futbolu tarixində avrokuboklarda ardıcıl 3 qələbə qazanan yalnız 1 komanda olmuşdu. Buna da 3 il əvvəl “Qarabağ” imza atmışdı. Onlar 2009/10 mövsümündə Avropa Liqasında Norveç “Rusenborq”unu 1:0 hesabı ilə məğlub etdikdən sonra Finlandiya “Honka”sını 2 dəfə üstələyib – 1:0, 2:1.

Xəbər 933 dəfə oxundu.