Azərbaycan milli komandasının futbolçusu karyerasını Türkiyədə davam etdirəcək
zərbaycan milli komandasının daha bir sabiq futbolçusu karyerasını Türkiyədə davam etdirəcək. İdman.com.az saytının məlumatına görə, milliləşdirilən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimim “Karşıyaka”ya transferindən sonra Cavid Hüseynov I liqa təmsilçisi “Adana Dəmirspor”a keçib. Mövsüm bitəndən sonra “Neftçi” ilə yollarını ayıran 24 yaşlı yarımmüdafiəçi I liqaya yeni yüksələn komanda ilə 2 illik müqavilə bağlayıb.

Klubun vitse-prezidenti Əli Uğur Akbaş Hüseynova böyük ümid bəslədiklərini söyləyib: “Cavid çox uğurlu futbolçudur. O, 29 dəfə yığmasının formasını geyib, 3 dəfə öz ölkəsinin çempionu olub. İnanırıq ki, Hüseynov “Adana Dəmirspor”u da hədəfinə çatdırmaq üçün böyük fayda verəcək. Transfer çalışmalarımızda son dərəcə diqqətli davranırıq, yüz ölçüb, bir biçirik”.

Cavid eyni zamanda çox böyük kluba xidmət edəcəklərini bildirib: “Adana Dəmirspor”la müqavilə imzaladığı üçün özünü xoşbəxt sayıram. “Yeni klubumun və azarkeşinin gücünə çox yaxından bələdəm. Komandamız hədəflərinə yaraşan oyun ortaya qoyaraq, hər kəsi məmnun edəcəyik”.

Qeyd edək ki, Hüseynov əvvəllər “İnter” və “Neftçi”nin heyətində üst-üstə 3 dəfə ölkə çempionu olub.

Xəbər 1053 dəfə oxundu.