“Asteras” klubunun prezidenti: “Asteras” lazımı qaydada bu yarışa hazırlaşır
Yunanıstanın “Asteras” klubunun prezidenti Georgos Borovilos Avroliqanın II mərhələsində “İnter”lə oyun barədə fikirlərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, klub sahibi Bakı təmsilçisi ilə matçı beynəlxalq arenada böyük təcrübə sayır.

Onun sözlərinə görə, komandasının qarşısına əsas şərt kimi mərhələ adlamaq tapşırığı qoyub: “Avroliqada oyunlar komandamız üçün yeni təcrübə olacaq. “Asteras” lazımı qaydada bu yarışa hazırlaşır. İnanmaq istərdim ki, komandamız Yunanıstanı layiqincə təmsil edərək, növbəti mərhələyə yüksələcək. Bu asan olmayacaq, böyük səy tələb edir. Çünki komandamızın çoxdandır rəsmi matçlara çıxmır. Bu müddətdə əsasən sınaq matçları ilə özümüzü yoxlayırıq. Ancaq inanıram ki, “Asteras” gözlədiyimiz uğuru reallaşdıracaq və III təsnifat mərhələsinə çıxmaqla hamımıza sevinc bəxş edəcək”.

Xəbər 945 dəfə oxundu.