Avropa Liqasının I mərhələsinin ən yaxşıları məlum olub
Avropa Liqasının I mərhələsinin ən yaxşıları məlum olub. İdman.com.az saytının məlumatına görə, Bakının “İnter” klubu mərhələ adlayan 37 komanda arasında ən yaxşı göstəricilərdən birinə malikdir. Estoniya təmsilçisi “Trans”ı evdə 2:0 məğlub edən Kaxaber Sxadadzenin yetirmələri səfərdəki 5:0 hesabı sayəsində ümumi üstünlüyünü 7-yə çatdırıb. Bu isə turnirdə 6-cı nəticədir.

1. “Elfsborq” (İsveç) – 12:0
2. “Qomel” (Belarus) – 10:0
3. “Tvente” (Hollandiya) – 9:0
4. “Renova” (Makedoniya) - 9:1
5. “Metallurq” (Gürcüstan) - 8:0
6. “İnter” (Azərbaycan) – 7:0

Xəbər 874 dəfə oxundu.