“İnter” Yunanıstan “Asteras”ı ilə oyunları öncəsi heyətini gücləndirməyə hazırlaşır
“İnter” Avropa Liqasının ikinci təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə oyunları öncəsi heyətini gücləndirməyə hazırlaşır. İdman.com.az saytının məlumatına görə paytaxt klubu hazırda iki futbolçu ilə danışıqlar aparır.

Onların adları hələlik ictimaiyyətdən gizli saxlanılır. Lakin əldə etdiyimiz məlumata görə, bunlardan biri hücumçu, digəri müdafiəçidi. Özü də hər ikisi son mövsümü İsveçrənin “Zürich” klubunda keçiriblər.

Qeyd edək ki, “İnter”in Avroliqanın ikinci təsnifat mərhələsi öncəsi iştirak ərizəsinə daha iki futbolçu daxil etmək ixtiyarı var. Hazırda danışıqlar aparılan futbolçularla müqavilə bağlamaq mümkün olsa, onların xidmətindən elə “Asteras”la oyunlarda da yararlana bilərlər.

Xəbər 891 dəfə oxundu.