Ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, “Futbol kralı” Pele 560 oyunda vurduğu 541 qolla liderliyini qoruyur. 72 yaşlı braziliyalı keçmiş hücumçu buna vətənində və ABŞ-da keçən 20 illik karyerasında – 1957-ci ildən 1977-ci ilə reallaşdırıb. Pelenin ən yaxın izləyicisi olan Yozef Bican 341 oyunda 518 qol vurub.

Türkiyənin bir sıra futbolçularının daxil olduğu siyahıda ən yaxşı göstərici Hakan Şükürə məxsusdur. Belə ki, artıq karyerasını bitirərək, deputat olan 42 yaşlı “Qol kralı” vətəni ilə yanaşı, İtaliya və İngiltərə çempionatında 534 oyunda 268 dəfə fərqlənib. 87-ci yerdə olan hücumçunun da Pele kimi futbolçu karyerası 20 il – 1988-ci ildən 2008-ci ilə kimi davam etsə də, qol sayında 250 fərq var.

Xəbər 6404 dəfə oxundu.