Azərbaycanın avrokuboklar tarixində rekordu təkrarlanıb
Azərbaycanın avrokuboklar tarixində rekordu təkrarlanıb. İdman.com.az saytının məlumatına görə, eyni rəqiblə 2 oyunda 7 cavabsız qol vurulmağı ardıcıl 2-ci mövsümdür reallaşır. Özü də hər ikisi Avroliqanın I təsnifat mərhələsində olur ki, ötən mövsüm “Qarabağ”, indi “İnter” buna nail oldu.

Ağdamlılar Litvanın “Banqa” klubunu səfərdə 4:0, evdə 3:0 hesabı ilə yenməklə, rekorda imza atmışdı. Maraqlıdır ki, “İnter”in rekorda şərik çıxmağı da Baltikyanı ölkənin təmsilçisi ilə dueldə reallaşdı. Belə ki, komanda Estoniyanın “Trans” klubuna səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gəldi.

Göründüyü kimi, “bankirlər” “Qarabağ”la müqayisədə daha böyük hesablı qələbə qazansa da, evdə az qol vurdu. Yəni “İnter” öz meydanında da böyük hesabla qalib gəlsəydi, mütləq rekordçu olacaqdı.

Xəbər 852 dəfə oxundu.