Bakının “İnter” klubu rəqibindən 1 baş üstün olub
Bakının “İnter” klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda da rəqibindən 1 baş üstün olub. İdman.com.az saytının məlumatına görə, bakılılar Estoniyanın “Trans” klubu ilə ev matçında 2:0 hesabı ilə qalib gəlsə də, bu meydanda baş verənləri tam əks etdirməyib. Belə ki, Kaxaber Sxadadze yetirmələri qapı istiqamətində zərbələrdə 12 qat üstünlük əldə edib – 24:2. Maraqlıdır ki, ötən həftə Estoniyadakı qarşılaşmada da zərbələrin hesabı 24:2 olmuşdu

Xəbər 865 dəfə oxundu.