“Bakı” oyun ərzində müəyyən üstünlüyə malik olub
Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Mura” klubunun qonağı olan “Bakı” oyun ərzində müəyyən üstünlüyə malik olub. İdman.com.az saytının məlumatına görə, UEFA tərəfindən hesablanan statistik göstəricilərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz rəqibindən heç də geri qalmayıb. Həm çərçivəyə, həm də ümumilikdə zərbələrdə üstün olan Novruz Əzimovun yetirmələri künc zərbələrində aşkar üstün olub – 11:1. Lakin bu “11-lik” fayda verməyib. Maraqlıdır ki, Bakıdakı oyunda da künc zərbələrində aşkar üstünlük var idi - 10:2.

Xəbər 861 dəfə oxundu.