Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı məlum olub
Azərbaycan millisinin (U-17) növbəti təlim-məşq toplanışın vaxtı məlum olub. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız iyulun 16-dan 26-a qədər Avstriyanın Murau şəhərində hazırlıq keçəcək.

Baş məşqçi Təbriz Həsənov toplanışa Əli Həsənli, Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Elnur Mustafayev, Budaq Nəsirov, Mansur Nəhavəndi, Yusup Hakimov, Batıkan Karabağlı, İlyas Səfərzadə, Nicat Abbasov, Ülvi İbazadə, Təyyar Məmmədov, Pərviz Qaraxanov, Elvin Nəsibov, Doğukan Karabağlı, Roman Əliyev, Zararsız Müslim, Demir Sercan, Rəhim Sadıxov, Ehtiram Şahverdiyev, Tərlan Əhmədov, İbrahim Aslanlı və Mirkamil Haşimlini dəvət edib.

Xəbər 873 dəfə oxundu.