Vojo Ubiparip: “Fikrimcə, biz qarşıdakı iki gündə heç nə etməyəcəyik”
“Fikrimcə, biz qarşıdakı iki gündə heç nə etməyəcəyik. Çünki artıq ayın 18-də Azərbaycanda olmalıyıq. “Xəzər Lənkəran”la oyun öncəsi bir qədər istirahət etməliyik”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Avroliqanın I təsnifat mərhələsində Qazaxıstanın “Jetisu” klubunu mübarizədən kənarlaşdıran Polşa “Lex”inin forvardı deyib.
O, Azərbaycan klubundan ehtiyatlandığını bildirib: “Bu komanda “Jetisu”dan fərqli olaraq, daha yaxşı futbol oynayır. Bütövlükdə, qarşıdakı rəqibimizin daha güclü olduğunu hesab edirəm”.

Xəbər 969 dəfə oxundu.