Adrian Pit: “Bacardığımızı edib Lənkəranda qalib gəlməyə çalışacağıq”
“Bacardığımızı edib Lənkəranda qalib gəlməyə çalışacağıq. Rəqibin heyətindəki adlar, klubun tarixi bizi qorxutmamalıdı. Sadəcə, özümüzü toparlayıb oyunumuzun oynamalıyıq. İdman.com.az saytının məlumatına görə, bu sözləri Adrian Pit Avroliqanın II təsnifat mərhələsindəki rəqibləri “Lex” barədə deyib.
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi baş məşqçi Yunis Hüseynovdan da ağızdolusu danışıb: “Yunis Hüseynov güclü psixoloqdu. Məşqçi kimi heç də Rednikdən zəif deyil. Hüseynovum həm oyun üslubundan, həm də məşq prosesindən zövq alıram”.

Xəbər 871 dəfə oxundu.