Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib
Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.

R.Orucov birinci görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, daha sonra isə bolqarıstanlı Mark Hristovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İsveç təmsilçisi Tommi Masiasa qalib gələn cüdoçumuz finala adlayıb.

Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Azərbaycan komandası “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

Xəbər 512 dəfə oxundu.