“Bakı”nın potensial rəqibi olan Bolqarıstan MOİK-i heyətini gücləndirməkdə davam edir
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı”nın potensial rəqibi olan Bolqarıstan MOİK-i heyətini gücləndirməkdə davam edir. İdman.com.az saytının məlumatına görə, Sofiya təmsilçisi Nigeriya yığmasının sabiq üzvü Kristian Obodo ilə danışıqlar aparır.

İtaliyanın “Torino”, “Fiorentina”, “Peruca”, “Udineze” və “Leççe” klublarında oynamış dayaq yarımmüdafiəçisi ötən ay üzləşdiyi xoşagəlməz hadisədən sonra lap məşhurlaşmışdı.

Belə ki, vətənində istirahətdə olan vaxt cinayətkarlar tərəfindən oğurlanan Obodo üçün 150 min dollar tələb olunmuşdu. Sonradan azad olunan Kristianın MOİK-ə keçidi yaxın günlərdə rəsmiləşməlidir.

Qeyd edək ki, MOİK “Mura” (Sloveniya) – “Bakı” cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 903 dəfə oxundu.