Vaqif Sadıqov :“Çox güclü komandaya qarşı oynadıq”
Qarşılaşmada məğlub olsaq da çox yaxşı futbol nümayiş etdirdik”. İdman.com.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

O, Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində “Antalyaspor”la keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Rəqibimiz kimi biz də çox sayda qol epizodu yaratdıq. Lakin türkiyəlilərin futbolçuları daha yüksək ustalıq səviyyəsinə malik olduğundan qolları onlar vurdu”.

Qeyd edək ki, AZAL bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

Xəbər 838 dəfə oxundu.