Bakının AZAL klubu Türkiyədə qeyri-adi halla rastlaşıb
Bakının AZAL klubu Türkiyədə qeyri-adi halla rastlaşıb. İdman.com.az saytının məlumatına görə, “Antalyaspor”la yoxlama oyunu Azərbaycan futbolçuları üçün gözlənilməz hadisə ilə müşayiət olunub. Belə ki, qarşılaşmadan sonra oyunun keçirildiyi meydanda şirniyyat qonaqlığı gerçəkləşib. Öz komandalarını dəstəkləmək üçün Antalyadan matçın keçirildiyi Davraza gələn 2 avtobus türkiyəli fanat qarşılaşmadan sonra futbolçulara şirniyyat paylayıb.

Xəbər 1131 dəfə oxundu.