“Agel” növbəti transferlərini reallaşdırıb
“Rabitə”nin Çempionlar Liqasındakı rəqibi “Agel” növbəti transferlərini reallaşdırıb. İdman.com.az saytının məlumatına görə, çexiyalılar xorvatiyalı Marina Miletiçlə, almaniyalı Saskya Hippenin keçidini rəsmiləşdiriblər.

Bu voleybolçulardan birincisi isə Azərbaycan voleybolsevərləri üçün yaxşı tanışdır. Marina 2010/2011 mövsümündə məhz “Rabitə”nin formasını geyinib. O, bu klubla Azərbaycan çempionatının qızıl, Çempionlar Liqasının gümüş mükafatçısı olub.

Qeyd edək ki, “Rabitə” avrokubokda ilk oyununu da səfərdə “Agel”ə qarşı keçirəcək.

Xəbər 1108 dəfə oxundu.