Qəbələdə keçirilən matç yığmamızın qələbəsi ilə nəticələnib
Azərbaycanın və Bolqarıstanın 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında yoldaşlıq görüşü keçirilib. İdman.com.az saytının məlumatına görə, Qəbələdə keçirilən matç yığmamızın 1:0 qələbəsi ilə nəticələnib. Yeganə qolun müəllifi Aysun Əliyeva olub.

Oyun affatv.az saytında canlı yayımlansa da, əlverişsiz hava şəraiti - güclü yağışla əlaqədar sonradan dayandırılıb. Ancaq komandalar meydanı tərk etmədiyindən, oyun davam edib.

Qeyd edək ki, millimiz dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə həmin rəqiblə 2-ci oyununu da həmin məkanda keçirəcək. İyulun 12-də olacaq həmin matç da saat 18:00-da başlayacaq.


Xəbər 989 dəfə oxundu.