"Ötən matçlarla müqayisədə bu gün daha yaxşı təsir bağışladıq"
"Təəssüf ki, oyun əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırıldı. Biz oynamaq istəsək də hakimlər briqadası və rəqib komandanın baş məşqçisi qarşılaşmanın belə şəraitdə davam etməsini istəmədi”. İdman.com..az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov klubunun rəsmi saytına açıqlamasında deyib. Avstriyadakı hazırlıq prosesində Zaqreb “Dinamo”su ilə yoxlama oyunu keçirən bakılılar 1:0 hesabı ilə irəlidə olduğu matç başa çatdırılmayıb. Bu da yağışın yağması ilə bağlı olub”.

Əhmədov ümumilikdə komandanın oyunundan razı qaldığını bildirib: “Ötən matçlarla müqayisədə bu gün daha yaxşı təsir bağışladıq. Xətlərarası əlaqə, eləcə də futbolçuların fiziki durumu istənilən səviyyədədir. Bakıda da bir neçə gün vaxtımız olacaq ki, bəzi kiçik səhvlərimizi aradan qaldıraq. "Zestafoni" ilə oyuna qədər komanda tam hazır olacaq".


Xəbər 1032 dəfə oxundu.