Təmsilçimiz 90 dəqiqə ərzində ofsayda düşməyib
Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşan “Xəzər Lənkəran” 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qələbəyə layiq olub. İdman.com.az saytının məlumatına görə, cənublular 90 dəqiqədə qapıya cəmi 6 zərbə endirsə də bunun qarşılığında 1 dəfə Kamran Ağayev topu dəf etməli olub, Ümumilikdə isə Yunis Hüseynovun yetirmələri 11 zərbə endiriblər. Maraqlıdır ki, təmsilçimiz 90 dəqiqə ərzində ofsayda düşməyib.

Xəbər 1031 dəfə oxundu.