Ante Çaçiç: "Cavid İmamverdiyevin oyunu çox xoşuma gəldi"
"Biz keçən mövsüm də Çempionlar Liqasında "Neftçi" ilə qarşılaşmışdıq. Həmin vaxt komanda mənə o qədər də yaxşı təəssürat bağışlamamışdı”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Ante Çaçiç deyib.

O, Avstriyada “Neftçi” ilə keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib: “Bu gün isə tamam fərqli "Neftçi" gördüm. Cavid İmamverdiyevin oyunu çox xoşuma gəldi. İnanmazdım ki, Azərbaycanda belə futbolçu var. O, fantastik futbolçudur".

Qeyd edək ki, “Neftçi” – “Dinamo” oyunu komandamız hesabda 1:0 irəlidə olarkən yarımçıq dayandırılıb.

Xəbər 894 dəfə oxundu.