Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, “Valetta” avrokuboklar tarixində ən böyük hesablı qələbəsini qazandığı “Lusitans”ı səfərdə də yenərək, mərhələ adlayıb. Digər “cırtdan ölkə”nin təmsilçilərinin duelində daha təcrübəli “Düdelanj” 2 matçda rəqibinin qapısından 11 cavabsız top keçirib.

“Linfild” isə zəif rəqib olan “Torshavn”ı bəxt sayəsində keçə bilib. Belə ki, hər 2 oyunda qolsuz bərabərliklə nəticələndiyindən, cütün qalibi oyun sonrası penaltilərdə müəyyənləşib. Burada zərbələri daha dəqiq vuran Şimali İrlandiya təmsilçisi növbəti mərhələyə keçib. Bununla da mərhələ adlayan hər 3 komanda qonaqlar olub.

Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab oyunları

10 iyul

“Torshavn” (Farer adaları) – “Linfild” (Şimali İrlandiya) - 0:0
(penaltilərlə - 3:4)
İlk oyun – 0:0

“Lusitans” (Andorra) – “Valetta” (Malta) – 0:1
İlk oyun – 0:8

“Tre Penne” (San-Marino) – “Düdelanj” (Lüksemburq) – 0:4
İlk oyun – 0:7

bu xəbər 58 dəfə oxunub

Xəbər 870 dəfə oxundu.