Azərbaycanın iki cüdoçusu beynəlxalq reytinq cədvəlinə başçılıq edir | |
Avropa Cüdo İttifaqı idmançıların yeni reytinq cədvəlini açıqlayıb. Cüdo üzrə Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. Belə ki, Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini qabaqlayaraq birinci yerə sahib olublar. 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub. Daha üç cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) isə 10-cu pillədə qərarlaşıblar. |
|
Xəbər 458 dəfə oxundu. |
|
|