Azərbaycan milli komandasının sabiq futbolçusu karyerasını Türkiyədə davam etdirəcək
Azərbaycan milli komandasının sabiq futbolçusu Fabio Luis Ramim karyerasını Türkiyədə davam etdirəcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizdə 7 il çıxış edən 31 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi I liqa təmsilçisi “Karşıyaka”ya keçib. 2008-ci ildən “Bakı”da oynayan, heyətində Azərbaycan çempionu və ölkə kubokunu qazanan Fabio ilə artıq rəsmi müqavilə imzalanıb. Bununla da Türkiyə klubunun baş məşqçisi Yücel İldiz mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Qeyd edək ki, Ramim 2005-ci ilin qışından oynadığı ölkəmizdə “Bakı”ya qədər “MKT-Araz” və “Olimpik”də çıxış edib.


Xəbər 961 dəfə oxundu.