“Qazprom” şirkəti Çempionlar Liqasının rəsmi sponsoru olub
Rusiyanın məşhur “Qazprom” şirkəti Çempionlar Liqasının rəsmi sponsoru olub. İdman.com.az saytının məlumatına görə, qurumla UEFA arasında 2012-2015-ci illəri əhatə edən 3 mövsümlük müqavilə imzalanıb.

“Qazprom” prezidenti Aleksey Miller bu əməkdaşlığa yüksək qiymət verir: “Şirkətimiz təkcə dünya qaz sahəsində iri qurum deyil, həm də futbola böyük rəğbət bəsləyir. Biz uzun müddət Rusiyada və Avropada futbol klublarını maddi cəhətdən dəstəkləyirdik. İndi isə “köhnə qitə”də klublar arasında əsas futbol turniri olan Çempionlar Liqasının sponsoru olacağıq. Mən əminəm ki, bu əməkdaşlıq kompaniyanın nüfuzuna müsbət təsir göstərəcək və bizim ticarət markamızı bütün dünyada tam başqa səviyyəyə çıxarmağa kömək olacaq”.

Qeyd edək ki, 2012/2013 mövsümdə Azərbaycanı bu turnirdə “Neftçi” təmsil edir.

Xəbər 927 dəfə oxundu.