Rusiyada keçirilən “Yeltsin kuboku”na yekun vurulub
Qadın voleybolçular arasında Rusiyada keçirilən “Yeltsin kuboku”na yekun vurulub. İdman.com.az saytının məlumatına görə, İtaliya, Kuba, Polşa və Braziliya millilərinin qatıldığı yarışın qalib adını ev sahibləri qazanıblar.

Onlar bütün görüşlərini qələbə ilə başa vurublar. Turnirin gümüş mükafatçısı heyətində “Azərreyl”in voleybolçusu Sara Anzanellonun yer aldığı İtaliya millisi olub. İlk “3-lüyü” isə Braziliya tamamlayıb.

Qeyd edək ki, Kuba 4-cü, Polşa sonuncu olub.

Xəbər 1147 dəfə oxundu.