“Yaqodina” klubunun futbolçusu Yosip Proyiç Azərbaycandan təklif alıb
Avroliqada çıxış edən Serbiyanın “Yaqodina” klubunun futbolçusu Yosip Proyiç Azərbaycandan təklif alıb. İdman.com.az saytının məlumatına görə, serbiyalı müdafiəçi karyerasını ölkəmizdə davam etdirmək variantının olduğunu bildirib. Rusiya Premyer Liqa təmsilçisi olan “Volqa”ya qayıtmaq istəyən Yosip hələ ki dəvət gözləyir: “Volqa” yaxşı klubdur. Əgər mənə bu komandaya qayıtmaq təklif olunsaydı, onu qəbul edərdim. Ancaq Rusiya klublarından dəvət almamışam. Mənim karyeramı Qazaxıstan və Azərbaycanda davam etdirməklə bağlı bir neçə variantım var”.

Xəbər 1034 dəfə oxundu.