Azərbaycan Əlillər Futbolu Federasiyasına yeni prezident seçilib
Sentyabrın 25-də Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) onlayn konfransı keçirilib.

Konfransda Sahə Futbol Federasiyaları İctimai Birliyinin (SFFİB) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, AFFA baş katibinin müavini Sərxan Hacıyev, Əlillər Futbolu Federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər şəxslər iştirak ediblər.

Konfransda əvvəlcə Əlillər Futbolu Federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra ötən müddətdə federasiya tərəfindən görülmüş işlər barədə hesabat verilib.

Konfransda Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli səsvermə nəticəsində federasiyanın prezidenti seçilib.

Xəbər 582 dəfə oxundu.