Fransa milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb
Fransa milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, yığmanın sabiq kapitanlarından olan Didye Deşam bu posta təyinat alıb. Fransa Futbol Federasiyası (FFF) mövsüm bitəndən sonra “Marsel”lə yollarını ayıran mütəxəssislə “2+2” şərti ilə müqavilə imzalayıb. Yəni fransızlar 2014-cü il dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edərsə, anlaşma evdə keçiriləcək AVRO-2016-ya kimi uzadılacaq. FFF bu gün öz ofisində Deşamın təqdimatını keçirəcək.

Qeyd edək ki, Avropa çempionatından sonra postundan gedən Loran Blanı əvəzləyən keçmiş yarımmüdafiəçi yığmasının heyətində futbolçu kimi dünya və Avropa çempionu olub. Maraqlıdır ki, Blan da Deşam kimi millinin kapitan olub.

Xəbər 995 dəfə oxundu.