Rusiya yığması boş qalan baş məşqçi postuna mütəxəssis tapıb
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması boş qalan baş məşqçi postuna mütəxəssis tapıb. Idman.com.az saytının məlumatına görə, şimal qonşumuzun məşhur “Sovetski sport” nəşri Rusiya Futbol İttifaqının yeni baş məşqçi ilə müqavilə imzaladığını iddia edir. Bu çalışdırıcısının italiyalı mütəxəssis Roberto Mançini olduğu bildirilir. 2009-cu ildən İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən və bu komandanın 44 ildən sonra ölkə çempionluğunu qazanmasında pay sahibi Mançini ilə 2+2 il müddətinə müqavilə imzalandığı iddia olunur.

Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları bu il Moskvada, gələn il Bakıda qarşılaşacaq.

Xəbər 841 dəfə oxundu.