Flavinyu: "Onlar komandanın gücünə güc qatıb"
“Bu matçda daha böyük hesabla qələbə qazana bilərdik. Qol vəziyyətlərimiz çox oldu”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Flavinyu deyib. Braziliyalı legioner “Dinamo”ya (Rumıniya) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonrası fikrini klubunun rəsmi saytına açıqlayıb:

“Sevindirici haldır ki, komandaya yeni qoşulmuş futbolçular da uyğunlaşma dövrünü sürətlə keçir. Onlar komandanın gücünə güc qatıb. Hazırlığımız hələ bitməyib və istəyirik ki, bu müddətdən maksimum yararlanıb Çempionlar Liqasında mərhələ keçək”.

Xəbər 1128 dəfə oxundu.